15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş Real Aikido seminarı keçirilib
Ölkə Prezidenti İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğı, sağlam həyat tərzinin təbliği və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycanda müxtəlif idman növləri, o cümlədən döyüş sənətləri sürətlə inkişaf etməkdədir. Bu inkişafın bariz nümunələrindən biri də 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş beynəlxalq Real Aikido seminarıdır.
Real Aikido və Ju Jitsu Döyüş Sənətləri Akademiyasının prezidenti, 5-ci Dan qara kəmər sahibi Ramin Eminlinin rəhbərliyi ilə 14 iyun 2026-cı il tarixində keçirilən seminarı Dünya Real Aikido Federasiyasının prezidenti, 7-ci Dan qara kəmər sahibi Sanja Vraçareviç və federasiyanın baş məşqçisi, 5-ci Dan qara kəmər ustası Duşan Metrovic aparıblar.
Tədbirdə 150-yə yaxın idmançı iştirak edib. Seminar çərçivəsində iştirakçılar Kyu və Dan sistemləri üzrə imtahanlar veriblər. İmtahanlarda 5-ci Kyu (sarı kəmər) dərəcəsindən başlayaraq 2-ci Dan qara kəmərə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirmələr aparılıb.
İdmançılar seminara yüksək səviyyədə hazırlaşaraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Hər il olduğu kimi, bu il də müxtəlif yaş qruplarında iştirak edən idmançılar uğurla imtahan verərək yeni kəmər dərəcələri qazanıblar.
Real Aikido döyüş növünə marağın ildən-ilə artması xüsusilə diqqət çəkir. Qızların və xanımların bu sahəyə marağının ötən illərlə müqayisədə xeyli yüksəlməsi sevindirici haldır. Onların özünümüdafiə sənətinin sirlərinə yiyələnməsi və idmanda fəal iştirak etməsi bu növün gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Seminar iştirakçıları belə beynəlxalq tədbirlərin ölkədə döyüş sənətlərinin inkişafına, təcrübə mübadiləsinin genişlənməsinə və gənclərin idmana marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıblar. Bu baxımdan, Milli Qurtuluş Gününə həsr olunmuş seminar həm idman, həm də vətənpərvərlik ruhunun təbliği baxımından əlamətdar hadisə kimi yadda qalıb.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər