Telefon
WhatsApp
22 İyul — Azərbaycan Milli Mətbuat Gününüz Qutlu Olsun!
300 X 250 Reklam Alanı

1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının təməli qoyulmuşdur. Bu mühüm addım xalqımızın milli şüurunun oyanmasında, maariflənməsində və ictimai fikir tarixinin formalaşmasında əvəzsiz rol oynamışdır.

Milli mətbuatımız təkcə cəmiyyətin aynası deyil, həm də dövlətçiliyimizin, müstəqilliyimizin və həqiqətlərimizin dünyaya çatdırılmasında ən mühüm vasitələrdən biridir. Xüsusilə Vətən müharibəsində və ondan sonrakı dövrdə media nümayəndələrimizin informasiya cəbhəsində göstərdiyi fədaikarlıq və operativlik hər cür təqdirə layiqdir.

 

Çağrı.az olaraq, obyektiv, qərəzsiz və dürüst xəbərçilik prinsipinə sadiq qalan, cəmiyyətimizin maariflənməsi və tərəqqisi üçün yorulmadan çalışan bütün mətbuat işçilərini, jurnalistləri və media nümayəndələrini peşə bayramı münasibətilə samimi qəlbdən təbrik edirik!

Sizlərə şərəfli və məsuliyyətli fəaliyyətinizdə,yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Hörmətlə,

Çağrı.az redaksiyası

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!