28 May – Müstəqillik Günümüz mübarək!
28 May – Müstəqillik Günümüz mübarək! Başda Cümhuriyyət qurucuları olmaqla, bu vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızı hörmət və şükranlıqla anırıq. Üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın, müstəqilliyimiz əbədi olsun!
Hürriyyət Öndəri
Qaranlıq illərdə yandırıb məşəl,
Millətin qəlbinə ümid gətirdin.
Sayəndə quruldu azad bir vətən,
Əsarət zəncirin qırdın, bitirdin.
Dalğalandı göydə üçrəngli bayraq,
İstiqlal sevdası sardı hər yanı.
Sarsılmaz iradən, böyük zəkanla,
Sən yenidən qurdun Azərbaycanı.
"Bir kərə yüksələn bir daha enməz!"
Bu uca amalla düşdün tarixə.
Böyük bir dövlətin təməlin qoyub,
Köçdün yaddaşlara, keçdin tarixə.
Qürbətdə keçsə də illərin sənin,
Qəlbində yurd eşqi sönmədi heç vaxt.
Tarix şahiddir ki, polad iradən,
İstiqlal yolundan dönmədi heç vaxt.
Bu gün şükranlıqla anıraq səni,
Əbədi heykəltək ucaldır millət.
Əmanət etdiyin ulu vətəni,
Sıxaraq köksünə qoruyur əlbət.
Tarixə yazıldın qızı hərflə
Qəlblərdə taxt qurdun, Məhəmməd Əmin!
Layiqsən sevgiyə, sonsuz tərifə,
Sənsən ilk öndəri uca millətin.
Məhərrəm BƏHRİ





Oxşar
Elə bil dünən idi…
22 İyul — Azərbaycan Milli Mətbuat Gününüz Qutlu Olsun!
Əli bəy Hüseynzadənin birinci problemi müasirləşmək və islamlaşmaq deyildi - MÜSAHİBƏ
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib
“Azərbaycanın gələcəyi etibarlı əllərdədir, düzgün qurulmuş sistemlə irəliləyir” – Onur Beyhan
28 Mayıs: Bir Devlet Aklının ve Milli İradenin Doğuşu
ELM ZİRVƏSİNDƏKİ ASƏF HACIYEVİN 75-Cİ YUBİLEY YAŞINA