“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib
Bakı Avrasiya Universitetində (BAAU) Sosial və siyasi fənlər və Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri təşkil olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova açılış nitqi ilə çıxış edərək 31 Mart hadisələrinin Azərbaycan tarixindəki faciəvi izlərindən, milli yaddaşın qorunmasının əhəmiyyətindən və bu kimi tədbirlərin gənc nəslin maarifləndirilməsində oynadığı roldan bəhs edib.
Daha sonra çıxış edən Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova “31 Mart: keçmişin yaddaşı, bu günün dərsi” mövzusunda çıxış edərək tarixi hadisələrin müasir dövr üçün nəticələrini diqqətə çatdırıb.
AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri “Cənubi Azərbaycanda mart soyqırımı” mövzusunda çıxış edərək hadisələrin regional miqyasda təsirlərinə toxunub.
Sosial və siyasi fənlər kafedrasının dosenti, dosent Sübhan Talıblı “1918-ci Şamaxı soyqırımının Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında araşdırılması” mövzusunda təqdimatla çıxış edərək arxiv sənədlərinə əsaslanan faktları tədbir iştirakçılarına təqdim edib.
Sonra isə Ümumi fənlər kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Natiq Həsənov “Unudulmayan faciə, tanınmayan cinayət: 31 Martın hüquqi reallığı” mövzusunda çıxış edərək hadisələrin hüquqi qiymətləndirilməsi məsələlərinə diqqət çəkib.
Digər çıxış edən müəllimlər – İmmi Hüseynova, Aygün Miriyeva və Ulduz Tamrazova 31 Mart hadisələrinin tarixi, siyasi və ictimai aspektlərini müxtəlif prizmadan təhlil edərək bu faciənin müasir dövrdə düzgün tanıdılması və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə həmçinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi Xəzri Mirzəyev çıxış edərək gənclərin bu mövzuda maariflənməsinin əhəmiyyətini qeyd edib.
Tədbir iştirakçıları 31 Mart hadisələrinin unudulmamasının və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının vacibliyini bir daha diqqətə çatdırıblar.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər