Telefon
WhatsApp
ABŞ atəşkəsin müddətini uzatmaqla vəziyyətdən çıxmağa çalışır - Politoloq
300 X 250 Reklam Alanı

Hazırda ABŞ–İran münasibətləri ciddi durğunluq mərhələsindədir. Pakistanın vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəsin müddəti başa çatsa da, danışıqların ikinci mərhələsinin davamlı şəkildə yubadılması regionda hərbi eskalasiya risklərini yenidən artırır.

 

Bu gərgin və qeyri-müəyyən sükut fonunda mövcud vəziyyətin təhlili xüsusi aktuallıq kəsb edir. Bəs danışıqların ikinci mərhələsinin gecikməsi daha çox tərəflərin masaya qoyduğu yeni və sərt ilkin şərtlərlə izah oluna bilər, yoxsa bu proses ABŞ və İran daxilindəki siyasi fikir ayrılıqlarının nəticəsidir?

a2 (4)

Mövzu ilə bağlı politoloq Aydın Quliyev Çağrı.az-a açıqlamasında bildirib:

 

“Hazırda ABŞ-İran cəbhəsində maraqlı bir vəziyyət baş verib, bu siyasi durumun adı belədir: Nə Amerika, nə İran hərbi əməliyyatların bərpa edilməsinə risk etmirlər, çünki bərpa olunmuş hərbi əməliyyatların nə ilə nəticələnəcəyini və hərbi əməliyyatların bərpasından sonra növbəti bir atəşkəsə hansı əsasla yaxud bəhanə ilə gedə biləcəklərini bilmirlər, buna görədə qeyri-müəyyən müddətdə atəşkəsin uzadılması onlar üçün əsas perspektiv kimi görünür. Bir sözlə hərbi əməliyyatların bərpasında hər iki tərəf özünü risk qarşısında görür, çünki Amerika hərbi əməliyyatlarla İranı diz çöktürə bilmədi, kaptuliyasiyaya məcbur edə bilmədi, eyni zamanda, Amerika qarşısına qoyduğu tələbləri İrana danışıqlar masasında da qəbul etdirə bilmədi. Buna görədə hazırda İran Amerika düşərgəsində hər iki tərəf üçün bundan sonra “nə etmək olar?” sualı qarşısında qeyri-müəyyənlik var. Həmçinin tərəflər danışıqlar masasına gəlməkdə istəmirlər, çünki bu o demək deyil ki sülh istəmirlər, hər iki tərəf indiyə qədər aparılan müharibənin kim üçünsə faydalı olmayacağı qənaətinə artıq gəlib, amma danışıqlar masasına getmək üçün əsaslar tapılmır. Nə ABŞ, nə də İran danışıqlar masası üçün yeni mövzu və danışıqlar çərçivəsi təqdim edə bilmirlər”.

 

Aydın Quliyev mövcud qeyri-müəyyənlik şəraitində vasitəçi aktorların, xüsusilə Pakistanın təsir gücü nə dərəcədə effektivdir? Diplomatik prosesin tam iflasa uğraması və danışıqlar masasının dağılması real ssenari kimi qiymətləndirilə bilərmi? suallarına cavab olaraq qeyd edib:

 

“Pakistanda aprelin 11-12-də keçirilən danışıqların nəticəsiz bitməsi tələb edir ki, danışıqlar masasında yeni müzakirə mövzuları olsun, amma danışıqlara yeni müzakirə mövzusu təqdim etmək də Amerika da, İran da vəziyyəti dəyişmək gücündə deyillər. Doğrudur hər ikisinin müzakirə etmək istədiyi məsələlər var, ancaq onların ayrılıqda təşkil etdiyi yeni müzakirə mövzularını qarşılıqlı şəkildə qəbul etmirlər. Nə Amerika, İranın təklif etdiyi idealar ətrafında, nə də İran, Amerikanın təklif etdiyi idealar ətrafında müzakirə aparmaq istəmirlər. Hətta bu mövzular müzakirəyə yatırılsa belə konkret şəraitdə nəticə əldə olunacağı mümkünsüzdür. Ona görə də, indi xüsusilə Amerika tərəfi daha çox diplomatik səylərə və kanoner diplomatiyası taktikasına üstünlük verir, yəni hərbi eskalasiyanı artırmaq, hərbi ritorikanı gücləndirmək və bununla İranı aciz vəziyyətə salmaq ABŞ-ın əsas taktikasıdı. Eyni zamanda, Amerika bu yolla müəyyən qədər vaxt qazanmağa çalışır və udulmuş vaxt ABŞ-a bu şəraitdən çıxmasında yollar axtarması üçün olduqca vacibdir. Bununla yanaşı, Amerika vəziyyətdən istifadə edərək özünün Avropalı keçmiş tərəfdaşlarınada təzyiq göstərir, çünki “Hörmüz” boğazının bağlanması Avropanı olduqca ağır iqtisadi vəziyyətə salıb və belə Şəraitdə Tramp həm İran müharibəsidə onu tək qoymuş Avropa ölkələrindən qisas olaraq təzyiq göstərir, həm də onları daha da ağır vəziyyətə salmaqla İran müharibəsində öz tərəfinə çəkməyə çalışır, ancaq bu taktikanın perspektivi görünmür. Həmçinin ortada İsrailin də pozuculuğu var, məsələ budur ki, İsrail heç də sona qədər Amerika ilə razılaşmır, çünki onun məqsədi müharibəni, İranı tam kaputilyasiyaya qədər davam etdirmək və Livanda mümkün qədər çoxlu ərazi ələ keçirməkdi. Belə şəraitdə Livanda da atəşkəsin tam şəkildə dayanması mümkün olmadığına görə, əslində ABŞ-İran atəşkəsidə olduqca kövrəkdir və hər an müəyyən lokal toqquşmalarla pozulmalar təhlükəsindədir”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!