ABŞ-Avropa münasibətləri son illərin ən pis böhranını yaşayır - Stoltenberq
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ və alyansın Avropa müttəfiqləri arasındakı gərginlik bu gün 2024-cü ildə təqaüdə çıxdığı vaxtdan daha mürəkkəb və təhlükəli hala gəlib.
Çağrı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Stoltenberq Osloda verdiyi müsahibədə bildirib: "İndi iki il əvvəlkindən daha az nikbinəm. Vəziyyət daha da mənfi istiqamətdə dəyişir. Mən hələ də düşünürəm ki, əsas məsələ Şimali Amerika və Avropanın birliyini qorumaqdır, amma qəbul etməli olduğumuz şeylərin həddi var".
Alyansın keçmiş rəhbəri ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına xüsusilə sərt münasibət bildirib. Stoltenberqin sözlərinə görə, Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək ambisiyaları fonunda ABŞ-ın Danimarkanı təhdid etməsi "tamamilə qəbuledilməzdir".





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər