ABŞ-ın kəşfiyyat təyyarəsi Qara dəniz üzərində bir neçə dövrə vurub
ABŞ-ın Bombardier Challenger 650 Artemis II kəşfiyyat təyyarəsi yenidən Qara dənizin neytral suları üzərində dövrə vurub.
Çağrı.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın hava hərəkətinin idarə olunması dairələrindəki mənbə bildirib.
Agentliyin mənbəsi bildirib: "Təyyarə Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxıb və bir neçə saat ərzində sularda qərbdən şərqə və geriyə fırlanıb".
O, təyyarənin Rumıniyadan başqa heç bir ölkənin hava məkanına daxil olmadığını və əsasən təyin olunmuş mülki aviasiya dəhlizlərindən kənara uçduğunu qeyd edib.
Agentliyin mənbəyi bu məsələ ilə bağlı xatırladıb ki, aprelin əvvəlində Bombardier Challenger 650 Artemis II təyyarəsi Qara dəniz üzərində uçub və Britaniya Hərbi Hava Qüvvələrinə məxsus Boeing RC-135W Rivet Joint strateji kəşfiyyat təyyarəsi ilə birlikdə müşahidə olunub.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər