Telefon
WhatsApp
300 X 250 Reklam Alanı

"Tehranın nüvə proqramı ilə bağlı texniki məsələlər ABŞ-İran danışıqlarının ikinci mərhələsini tələb edəcək və Vaşinqtonun hesablamalarına görə, bu, bir aydan üç aya qədər çəkə bilər".

Çağrı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"İkinci mərhələ ondan ibarətdir ki, onlar hələ də dağın dərinliyində bir yerdə basdırılmış yüksək dərəcədə zənginləşdirilmiş uranın utilizasiyası ilə bağlı çox konkret danışıqlara sadiq qalmalıdırlar", - deyə o, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində Vaşinqton və Tehran arasında dialoqun gedişatını şərh edərkən bildirib.

"İran hakimiyyəti ikinci mərhələnin bir hissəsi olaraq uranın zənginləşdirilməsinə sərt və uzunmüddətli məhdudiyyətlər və/və ya zənginləşdirmə fəaliyyətlərinin ləğvi barədə danışıqlar aparmaq barədə razılığa gəlməlidirlər", - deyə Amerika diplomatiyasının rəhbəri əlavə edib.

Rubio qeyd edib: "Bunlar, şübhəsiz ki, çox texniki məsələlərdir və düşünmürəm ki, onlar beş gün ərzində həll olunsun. Detalları dəqiqləşdirmək üçün 30, 60, 90 gün ərzində ekspertlər qrupunun görüşləri tələb olunacaq".

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!