ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
ABŞ-ın hərbi hədəflərə qarşı yeni hücum dalğasına cavab olaraq, İran regiondakı mühüm ticarət yollarını bağlayacağı ilə hədələyib.
İran İnqilab Keşikçiləri Korpusu (İİKK) bəyan edib ki, ABŞ öz "təcavüzkar hərəkətlərinə" son qoymayana qədər Hörmüz boğazı gəmilərin hərəkəti üçün qapalı qalacaq. Bununla yanaşı, Tehran bölgədəki digər regional neft və qaz ixracı kanallarını da bloklamaqla hədələyib.
Bu xəbərdarlıq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) çərşənbə günü səhər saatlarında İrana məxsus hədəflərə pilotsuz uçuş aparatları (PUA), hərbi hava və dəniz qüvvələri ilə zərbələr endirdiyini elan etməsindən sonra gəlib. Bildirilir ki, bu əməliyyat gecə boyu təxminən yeddi saat davam edən digər bir hərbi dalğanın ardınca icra olunub.
İqtisadiyyata Zərbə və Hərbi Strategiya
Son günlər ABŞ və İran arasında alovlanan yeni gərginlik Hörmüz boğazının qlobal iqtisadiyyat üçün nə dərəcədə strateji əhəmiyyətə malik olduğunu bir daha sübut etdi. Yenidən başlayan hücumlar neft bazarında kəskin qiymət artımına səbəb olub; çünki bu həyati əhəmiyyətli dəniz marşrutunda tankerlərin hərəkəti faktiki olaraq iflic vəziyyətinə düşüb.
ÇAĞRI.az CENTCOM-un bəyanatında istinadən xəbər verir ki, çərşənbə günü səhər həyata keçirilən zərbələr "İranın Hörmüz boğazındakı kommersiya gəmiçiliyinə hücum etmək potensialını əhəmiyyətli dərəcədə zəiflədib". Komandanlıq rəsmilərinin sözlərinə görə, 90 dəqiqəlik intensiv hava hücumu zamanı İranın sahilyanı müdafiə sistemləri, həmçinin Böyük Tunb adasında yerləşən qanadlı raketlərin saxlanması və buraxılması məntəqələri uğurla hədəf alınıb.
Trampın Təhdidləri və Beynəlxalq Reaksiya
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər rəsmi Tehran danışıqlar masasına qayıtmasa, gələn həftədən etibarən İranın mühüm infrastruktur obyektləri, o cümlədən strateji körpülər və elektrik stansiyaları vurulacaq.
Tramp çərşənbə axşamı axşam saatlarında "Fox News" telekanalında Bret Baierin təqdimatında yayımlanan "Special Report" ("Xüsusi Hesabat") proqramına verdiyi müsahibəsində mövzu ilə bağlı bunları deyib:
Enerji infrastrukturuna aid hədəfləri sona saxlayıram, lakin gec-tez həmin nöqtələri də vuracağıq."





Oxşar
Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki görüşləri.
Türk Dünyasına Kalemiyle Can Verenlerin Canıyla Ödediği Bedel
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
Türk Dünyasında İmtahan Mərkəzləri Bir Araya Gəldi
Özbəkistanın gömrük xidmətində rəqəmsal transformasiyanın praktiki nəticələri
Türk kimliyinə qarşı "DNT hücumu"? – "Məsələ təkcə gen deyil..."