ABŞ İrana qarşı "qısa və təsirli" zərbələr endirmək istəyir
ABŞ danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana qarşı "qısa və təsirli" zərbələr dalğası başlatmaq planı hazırlayıb.
Çağrı.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Portal Prezident Donald Trampın sözlərindən sitat gətirib ki, Vaşinqton İranın təklif etdiyi üç mərhələli planı faktiki olaraq rədd edib.
Portal yazır: "Tramp İranın Hörmüz boğazını açmaq, dəniz blokadasını qaldırmaqla nüvə proqramı danışıqlarını sonrakı tarixə təxirə salmaq təklifini rədd edir".
"Axios"un mənbələrinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mülki infrastruktur da daxil olmaqla, İrana qarşı "qısa və təsirli" hücumlar dalğası üçün plan hazırlayıb. Zərbələrdən sonra ABŞ İran rəhbərliyinə danışıqlar masasına qayıtmaq və daha çox çeviklik nümayiş etdirmək üçün "təzyiq göstərməyə" ümid edir.
Qeyd edilib ki, Tramp hazırda Tehrana qarşı dəniz blokadasını əsas təzyiq vasitəsi kimi görür, lakin hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirəcək.





Oxşar
Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki görüşləri.
Türk Dünyasına Kalemiyle Can Verenlerin Canıyla Ödediği Bedel
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
Türk Dünyasında İmtahan Mərkəzləri Bir Araya Gəldi
Özbəkistanın gömrük xidmətində rəqəmsal transformasiyanın praktiki nəticələri
Türk kimliyinə qarşı "DNT hücumu"? – "Məsələ təkcə gen deyil..."