ABŞ İrana qarşı əməliyyatın ilk günündə 779 milyon dollar xərcləyib
ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdəki hərbi əməliyyatların ilk 24 saatında təxminən 779 milyon dollar və ya 2026-cı il üçün ümumi hərbi büdcəsinin təxminən 0,1%-ni xərcləyib.
Çağrı.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi”nin hesablamalarında bildirilib.
Hesabatda qeyd edilib ki, ilk gün ərzində xərclərin ən böyük hissəsi “Tomahawk” raketlərinin buraxılışına sərf olunub və bu, orduya təxminən 340,4 milyon dollara başa gəlib. Bunun ardınca qırıcı təyyarələrin uçuşlarına 271,3 milyon dollar xərclənib.
Üçüncü ən böyük kateqoriyaya HIMARS raket sistemlərinin istifadəsi, eləcə də kəşfiyyat məlumatlarının toplanması və logistika dəstəyi daxil olub ki, bunlar da ABŞ Silahlı Qüvvələrinə ümumilikdə 122,2 milyon dollara başa gəlib. Təkcə B-2 strateji bombardmançı təyyarələrinin həyata keçirdiyi zərbələr Vaşinqtona təxminən 30,2 milyon dollara başa gəlib.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: