ABŞ İrandan təhlükə gözlədiyi müddətcə ona qarşı güc tətbiq edəcək
"ABŞ ölkənin artıq təhlükə yaratmadığı qənaətinə gələnə qədər İrana qarşı güc tətbiq etməyə davam etmək niyyətindədir".
Çağrı.az xəbər verir ki, bu mövqe ABŞ administrasiyası tərəfindən çərşənbə günü dərc edilmiş "Terrorla Mübarizə Strategiyası"nda öz əksini tapıb.
Sənədə əsasən, Tehran ABŞ-a təhdid yaratmağı dayandırana qədər "qətiyyətli hərəkətlər" davam edəcək.
ABŞ administrasiyası 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin öldürülməsini, ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələri, eləcə də İrana qarşı müharibəni bu səpkidə dəyərləndirir. Sənəddə həmçinin bildirilir ki, ABŞ İranı dəstəkləyən qruplara qarşı kinetik, kəşfiyyat və kiber əməliyyatlara diqqət yetirməyə davam edəcək.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər