ABŞ Litvadan 1000-dən çox əsgərini çıxaracaq - KİV
"Vaşinqton Litvadan 1000-dən çox əsgəri, onların texnikasını çıxaracaq və onların yerinə yeni əsgər qrupu göndəriləcək".
Çağrı.az xəbər verir ki, bu barədə TV3 mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yeni qrupun gəlişinin vaxtı hələ müəyyən edilməyib. Qeyd olunur ki, Litvadakı Amerika qoşunlarının rotasiyası müntəzəm bir prosesdir, lakin bu dəfə ABŞ-ın Avropadakı hərbi mövcudluğunun azalması fonunda gözlənilən əvəzetmənin nəticələri o qədər də aydın deyil.
Eyni zamanda, Litva prezidenti Gitanas Nausėdanın milli təhlükəsizlik üzrə müşaviri David Matulionis ABŞ qoşunlarının Baltikyanı respublikadan çıxarılması ilə bağlı xəbərlər fonunda deyib: "Biz amerikalılara etibar edirik; biz yaxın strateji tərəfdaşlarıq. Amerika qoşunlarının NATO-nun şərq cinahında yerləşdirilməsi məsələsi həm ABŞ Silahlı Qüvvələri, həm də Pentaqon tərəfindən yaxşı başa düşülür. Biz vəziyyəti sakitcə qiymətləndiririk və əlavə müzakirələrə ehtiyac görmürük".





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər