ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların ikihəftəlik dayandırılmasına razılıq verib
ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.
ÇAĞRI.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkə hesabında yazıb.
Trampın sözlərinə görə, bu qərar, onu gecə İrana qarşı planlaşdırılan dağıdıcı gücün tətbiqindən çəkinməyə çağıran Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirlə aparılan danışıqların yekununda qəbul edilib.
Amerika lideri qeyd edib ki, söhbət ikitərəfli atəşkəsdən gedir.
O, həmçinin iddia edir ki, ABŞ artıq qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirib və hətta onları aşıb, eləcə də İranla və Yaxın Şərqdə uzunmüddətli sülhə dair yekun razılaşmanın hazırlanmasında əhəmiyyətli dərəcədə irəliləyib.
Trampın sözlərinə görə, Vaşinqton İrandan 10 bəndlik təklif alıb və onu danışıqlar üçün mümkün əsas kimi nəzərdən keçirir. Onun iddiasına görə, ABŞ və İran arasında əvvəlki mübahisəli məsələlərin əksəriyyəti üzrə artıq razılıq əldə olunub, iki həftəlik müddət isə razılaşmanın yekunlaşdırılması və imzalanması üçün lazımdır.
"Amerika Birləşmiş Ştatları adından, Prezident kimi, həmçinin Yaxın Şərq ölkələrini təmsil edərək, bu çoxdankı problemin öz yekun həllinə yaxın olmasını şərəf hesab edirəm", - o vurğulayıb.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər