ABŞ ÜST-ə olan borcunu ödəmir
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-dan 260 milyon dollardan çox borcu ödəməyə hazır olması barədə heç bir siqnal almayıb".
Çağrı.az xəbər verir ki, təşkilatın məlumatına görə, bu olmadan Vaşinqtonun ÜST-dən tam çıxması mümkün deyil.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib: “Biz vəsaiti almağa ümid edirik, amma indiyə qədər heç bir siqnal almamışıq”.
Onun sözlərinə görə, ABŞ-ın təşkilatdan çıxmasının həm ABŞ-ın özü, həm də qlobal səhiyyə sistemi üçün risklər yarada biləcəyi fikrini çatdırmaq daha vacibdir. Qebreyesus səhiyyə sahəsində beynəlxalq əməkdaşlığı və həmrəyliyi gücləndirməyə çağırış edib.
Daha əvvəl ABŞ ÜST-dən çıxdığını elan etmişdi, lakin təşkilat qeyd etmişdi ki, bütün borclar ödənilənə qədər üzvlükdən çıxış tam hesab edilə bilməz. ÜST-in məlumatına görə, bu borc 2024-2025-ci illər üçün təxminən 260,6 milyon dollarlıq üzvlük haqlarına aiddir.
Məsələ ilə bağlı yekun qərarların may ayında Cenevrədə keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında qəbul edilməsi gözlənilir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər