ABŞ və İsrail İranda vurulan F-15 pilotunun axtarışı üçün 10 təyyarə itirib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E "Strike Eagle" qırıcı təyyarəsinin İran ərazisi üzərində vurulmasından sonra, İrandan evakuasiya edilən iki ABŞ hərbi pilotunun təxliyəsi Soyuq Müharibədən sonrakı dövrdə görünməmiş miqyasda təyyarə itkisinə səbəb olub.
Çağrı.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" jurnalı yazıb.
Belə ki, İran qüvvələri ilə toqquşmalarda ümumilikdə 11 təyyarə itirilib.
İranın hava hücumundan müdafiə qüvvələri iki UH-60 helikopterini, iki MQ-9 pilotsuz uçuş aparatını, bir A-10 təyyarəsini və bir İsrail istehsalı Hermes 900 kəşfiyyat dronunu vurub. Bu toqquşmalardan sonra iki ayrı video da diqqət çəkib və iki Black Hawk helikopterinin vurulması nümayiş etdirilib.
Əlavə itkilər iki HC-130J Combat King II axtarış-xilasetmə təyyarəsi və iki MH-6 helikopteri İrana eniş edərkən qeydə alınıb. Amerika mənbələrinə görə, vertolyotlar havaya qalxa bilməyib və bu da ABŞ qüvvələrini İran qüvvələrinin vertolyotlardan istifadə etməsinin qarşısını almaq üçün onları yerdə məhv etməyə məcbur edib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər