Ağ Ev Konqresə İranla müharibənin bitdiyini bəyan edib
Ağ Ev ABŞ Konqresinə İrana qarşı hərbi əməliyyatın bitdiyini bəyan edib.
Çağrı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi müraciətdə deyilir.
"28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatdı", - deyə məlumatda qeyd olunub.
Amerika lideri oxşar məktubu vitse-prezident Cey Di Vensin olmadığı müddətdə Senata sədrlik edən Çak Qrasliyə də göndərib. ABŞ Konstitusiyasına görə, vitse-prezident Konqresin yuxarı palatasının rəhbəridir.
Tramp Senat və Nümayəndələr Palatasının rəhbərliyinə 7 apreldə İranla iki həftəlik atəşkəs elan etdiyini xatırladıb: "Atəşkəs daha sonra uzadılıb. ABŞ və İran qüvvələri 7 aprel 2026-cı ildən bəri bir-birinə atəş açmayıblar".
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə 7 apreldə iki həftə davam edən atəşkəslə bitib.
11 apreldə Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin bir sıra fikir ayrılıqlarına görə tərəflər münaqişənin uzunmüddətli həlli barədə razılığa gələ bilməyiblər.
21 apreldə ABŞ lideri İranla atəşkəsin uzadılması niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli atəşkəs uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər