Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb.
Bu barədə Çağrı.az-a Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib.
Uzun illərdən sonra doğma yurdlarına qayıdan Ağdam sakinləri martın 17-də rəsmi şəxslər və ictimaiyyət nümayəndələrinin də qatıldığı bu bayram tədbirində böyük qürur hissi ilə iştirak ediblər.
Yarmarkada bölgəyə xas olan Qarabağ kətəsi, müxtəlif şirniyyatlar və yerli sakinlərin əl işləri sərgilənib. Eyni zamanda proqram çərçivəsində musiqili çıxışlar, xalq oyunları və Novruz ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub. Axşam saatlarında isə Novruz tonqalı qalanıb.
Qeyd edək ki, bu tarixi anlar 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində düşmənin ağır məğlubiyyətə uğrayaraq təslim olması və 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq 20 noyabr 2020-ci il tarixində erməni silahlı birləşmələrinin ərazini tərk etməsi nəticəsində mümkün olub.
Beləliklə, 32 ildən sonra Qarabağın döyünən ürəyi olan Ağdam öz azadlığına qovuşub və sakinlər uzun illərdən sonra baharı ilk dəfə öz evlərində qarşılayıb. Qeyd edək ki, bu şənliklər martın 21-dək davam edəcək.





Oxşar
İran və Qətər xarici işlər nazirləri arasında telefon danışığı olub
Tramp İranla müharibəyə qarşı çıxan amerikalıları axmaq adlandırdı
Erkən seçkilər Türkiyənin gündəmində deyil - Ərdoğan
Qlobal iqtisadi böhran riski - VİDEO
Buraxılış imtahanı keçirilib, 4 şagirddə telefon aşkarlanıb
Şamaxıda mart qırğını və İsmayıl xan Ziyadxanov
Beşinci “Stratcom Summit 26” keçirilir
Türk Dünyasının Son 30 Yılı: Mesafe ve Dönüşüm