Ağdam-Xankəndi dəmir yolunun 43%-i tamamlanıb
Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 86,5 %-i, tikinti-quraşdırma işlərinin 42,6 %-i yerinə yetirilib.
Çağrı.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28kilometr, yan yollarla birlikdə 30,8 kilometr təşkil edir.
Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bu 3 stansiya bu xətt ən müasir standartlar əsasında ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcək.
Bu layihə ilə 123 ədəd mühəndis qurğusu, 28 kilometr rabitə və işarəetmə sistemi yaradılacaq.
Xatırladaq ki, 2025-ci il avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına başlanılıb. Hazırda sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edirlər. ADY sərnişinlərə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı müasir qatarlarla xidmət göstərir. Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur.
Qeyd edək ki, işğal dövrünə qədər Bakıdan Xankəndiyə kimi sərnişin daşımaları yataq tipli qatarla həyata keçirilirdi. Həmin vaxt qatarlar Bakı-Xankəndi-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər