Ağsu aşırımında torpaq sürüşməsi olub
Ağsu aşırımında torpaq sürüşməsi baş verib.
Çağrı.az xəbər verir ki, sürüşmə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 147-ci kilometrliyində qeydə alınıb.
Sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar, çökmələr əmələ gəlib. Yolun mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Hazırda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib. Bu isə dumanlı havada tıxaca və təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
Aidiyyəti qurumlar tərəfindən əraziyə xəbərdaredici nişanlar yerləşdirilib, təhlükəli hissə xüsusi lentlərlə işarələnib. Yol polisi əməkdaşları tərəfindən hərəkətə nəzarət edilir, sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur.
Məsələ ilə bağlı 4 saylı Yol-istismar idarəsinin baş mühəndisi Həsən Məmmədli "Report"un yerli bürosuna bildirib ki, hazırda əraziyə geoloqlar cəlb olunub və sürüşmənin baş verməsinin dəqiq səbəbləri araşdırılır. Araşdırmadan sonra ərazidə təmir-bərpa işlərinə başlanılacaq.
Qeyd edək ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi və həmin vaxt yola asfalt örtüyü salınaraq çətinlik aradan qaldırılmışdı.





Oxşar
Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcək
Budapeşt və Kiyev razılığa gəldi
MI6 kəşfiyyatının keçmiş rəhbəri vəfat edib
İran və ABŞ əlaqələrini kəsməyib - Əraqçi
ABŞ Qrenlandiyanı əldə etmək fikrindən əl çəkməyib - Rubio
Küveyt hava limanına Patriot raketi atılıb
İDDİA: Tramp və Netanyahu İranla bağlı fikir ayrılığına düşüblər
Zelenski Putinlə "elə indi" birbaşa danışıqlara hazır olduğunu açıqlayıb