Almaniya müharibəyə hazırlaşır
Almaniya mülki infrastrukturunu Avropada baş verə biləcək potensial hərbi münaqişəyə hazırlamaqdadır. Lakin hərbiləşdirmə prosesi üçün dövlət büdcəsində vəsait çatışmadığından, hökumət bu işə özəl sektoru cəlb etməyə çalışır.
Çağrı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, Bremenhafendəki böyük Avropa limanında modernləşdirmə işləri aparılır. Əvvəllər əsasən avtomobil daşımaları üzrə ixtisaslaşan bu limanın hərbi logistika ehtiyaclarına uyğunlaşdırılması məqsədilə büdcədən 1.35 milyard avro vəsait ayrılıb.
"Yükləmə platformaları gələcək cəbhə xətlərinə çatdırılmaq üçün 60 tonluq "Leopard" tankı kimi ağır hərbi texnikaları yerləşdirmək imkanına malik olacaq.
Bu nümunə Berlinin ehtimal edilən müharibəyə genişmiqyaslı hazırlıq gördüyünü nümayiş etdirir. Bununla yanaşı, hərbiləşdirmə üçün dövlət büdcəsindəki vəsait qıtlığı səbəbindən rəhbərlik iş adamlarını prosesə qoşmağa cəhd edir, lakin özəl sektor bu vəziyyətə müqavimət göstərir və hər zaman əməkdaşlığa razı olmur", - deyə "Bloomberg" qeyd edir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər