Almaniyada hər 20 dəqiqədə bir şirkət iflas elan edir
"Almaniya hakimiyyəti kiçik və orta sahibkarlıqdan imtina edir; çətin iqtisadi vəziyyətə görə ölkədə hər 20 dəqiqədən bir bir şirkət müflis olur".
Çağrı.az xəbər verir ki, bu barədə Bundestaqda çıxış edən Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel bildirib.
"Siz kiçik və orta sahibkarlığı taleyin ümidinə buraxırsınız", - deyə o, kansler Fridrix Merzə bildirib.
"Hər 20 dəqiqədən bir bir Alman şirkəti iflas elan edir. İşçilər və vergi ödəyiciləri iş yerləri açmaq, yaxud onları qorumaq barədə narahatdırlar və özlərinin, uşaqlarının və nəvələrinin Almaniyada gələcəyinin olub-olmadığını bilmirlər", - siyasətçi əlavə edib.
AfD lideri həmçinin deyib: "Rusiya ilə dialoq axtarmağın, müharibənin bitməsinə diqqət yetirməyin və "Şimal Axını" boru kəməri ilə qaz tədarükünün bərpası üçün danışıqlar aparmağın vaxtı çatmayıbmı?"





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: