Almaniyada məscidin divarı vandalizm yolu ilə dağıdılıb
Almaniyanın Bavariya əyalətinin Memmingen şəhərindəki bir məscidin mərmər divarı naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb, mərmərin üzərindəki ayparanın üzərinə donuz başı qoyulub və məscidin girişi qanla çirklənib. Məscid Dini İşlər üzrə Türk İslam Birliyinə (DİTİB) aid olub.
Çağrı.az xəbər verir ki, polisdən verilən yazılı açıqlamada hadisə ilə bağlı araşdırma başlandığı bildirilib.
Bəyanatda bildirilir ki, yerli vaxtla səhər saat 4:30 radələrində məscidin təxminən 1,5 metr hündürlüyündə, üzərində aypara təsviri olan mərmər divarı vandalizmə məruz qalıb.
Bəyanatda deyilir ki, naməlum şəxslərin girişə heyvan qanı ilə doldurulmuş şarlar atıb və aypara simvolunun üzərinə kəsilmiş donuz başı qoyub, bundan sonra qaçıblar.
Bildirilib ki, sübutlar toplandıqdan sonra Federal Cinayət İdarəsi tərəfindən araşdırma başlanıb və ərazi Memmingen Yanğından Mühafizə İdarəsi və Memmingen Bələdiyyəsi tərəfindən təmizlənib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər