ANAMA: Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir
Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir.
Çağrı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əhaliyə müraciətində qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz Bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
Bildirilib ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir:
"Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq".





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: