Antonio Quterreş Ankaraya səfər edəcək
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ramazan ayında həmrəylik səylərinin bir hissəsi olaraq Ankaraya səfər edəcək.
Çağrı.az xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dujarrik Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında keçirilən gündəlik mətbuat brifinqində jurnalistlərə məlumat verib.
Məlumata görə, səfər zamanı Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.
"Bildiyiniz kimi, Baş katib hər il Ramazan ayında həmrəylik səfəri edir. Bu il o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı və daha sonra Baş katib vəzifələrində çalışdığı müddətdə türk xalqının fövqəladə səxavətini qeyd etmək üçün Türkiyəyə, paytaxt Ankaraya səfər edəcək", - Dujarrik bildirib.
Dujarrik qeyd edib ki, Türkiyə zorakılıq və təqiblərdən qaçmağa məcbur olan milyonlarla insana qapılarını açıb və səfəri zamanı Baş katib Türkiyədəki qaçqınları dəstəkləmək üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcək.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: