AYNA: Bakıda 45 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir
Bakının Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 45 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.
Çağrı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir..
Bildirilir ki, mayın 13-dən sərnişinlərin xidmətinə veriləcək 7 ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqamətində dəyişdirilərək son dayanacaq məntəqəsi metronun "Nəsimi" stansiyası təyin olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər