Telefon
WhatsApp
Azərbaycan Çin ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
300 X 250 Reklam Alanı

Azərbaycan və Çin nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

Çağrı.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Çinin dövlət internet informasiya ofisinin naziri Cuan Junven ilə görüşdə aparılıb.

"İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi apardıq. Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışdıq", - R.Nəbiyev vurğulayıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!