Telefon
WhatsApp
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
300 X 250 Reklam Alanı

22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyində (AJB) Həsən bəy Zərdabi adına Mükafatın təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, tanınmış media rəhbərləri, jurnalistlər, ictimai xadimlər və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AJB sədri Elçin Şıxlı Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan, Həsən bəy Zərdabinin Azərbaycan jurnalistikasının formalaşması və maarifçilik ənənələrinin əsasının qoyulmasındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Həsən bəy Zərdabi adına Mükafatı milli jurnalistikanın inkişafına, söz və fikir azadlığının möhkəmlənməsinə, peşəkar jurnalistika prinsiplərinin qorunmasına töhfə verən media nümayəndələrinin əməyinə verilən yüksək qiymətin ifadəsidir.

 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə milli mətbuatın cəmiyyətin inkişafındakı rolundan, peşə etikası prinsiplərinin qorunmasının vacibliyindən və jurnalist həmrəyliyinin əhəmiyyətindən danışıb. O, Həsən bəy Zərdabi adına Mükafatının media cameəsində peşəkarlığın təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.

2026-cı il üzrə Həsən bəy Zərdabi adına Mükafatın laureatları

  • Alqış Həsənoğlu – peşəkar jurnalistika prinsiplərinin qorunmasına və uzunillik redaktorluq fəaliyyətinə görə;
  • Anar Niftəliyev – peşəkar, operativ və müstəqil xəbər jurnalistikasının inkişafına verdiyi töhfələrə görə;
  • Aydın Tağıyev – vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi töhfələrə görə;
  • Elçin Zahiroğlu – səhiyyə və sosial mövzularda hazırladığı araşdırma yazılarına, eləcə də uğurlu media rəhbərliyi fəaliyyətinə görə;
  • Əkbər Qoşalı – Türk dünyasının milli-mənəvi dəyərlərinin və Turan düşüncəsinin təbliğinə verdiyi töhfələrə görə;
  • Günel Habilqızı – AzTV-də “GünEllə səyahət” və “Orda bir kənd var” layihələri vasitəsilə kənd həyatının özünəməxsus dəyərlərinin və milli-mədəni irsin tanıdılmasına verdiyi töhfələrə görə;
  • Hüseynbala Səlimov – analitik jurnalistika və siyasi publisistika sahəsində uzunillik səmərəli fəaliyyətinə görə;
  • Xanım Xatun – regional televiziya jurnalistikasına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə;
  • İlham Tumas – araşdırma jurnalistikası və müəllif televiziya layihələrinin inkişafına verdiyi töhfələrə görə;

 

  • İqbal Məmmədəliyev – regional televiziya jurnalistikası, televiziya istehsalı və sənədli film sahəsindəki fəaliyyətinə görə;
  • Murat Akkoç – Qarabağ həqiqətlərinin və Azərbaycanın milli maraqlarının beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyətinə görə;
  • Mübariz Yunus – “Füyuzat” dərgisinin inkişafına və maarifçi publisistikanın zənginləşdirilməsinə verdiyi töhfələrə görə;
  • Nicat Abdullayev – media ilə açıq və şəffaf münasibətlərin qurulmasına, eləcə də ictimaiyyətlə əlaqələr sahəsində innovativ fəaliyyətinə görə;
  • Oktay Hacımusalı – analitik publisistikanın və Türk dünyası mediası arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə;
  • Zərnişan Turan – “Turan” proqramları vasitəsilə Türk dünyasının ortaq irsinin təbliğinə görə.

 Həmçinin İki nəfər – Sənubər Səhər,Səfurə Çərkəz qızı fəxri diplomla ödülləndirilib.

Tədbirin sonunda laureatlara Həsən bəy Zərdabi adına Mükafatın diplomları və xatirə nişanları təqdim olunub, xatirə şəkli çəkdirilib.

Azərbaycan Jurnalistlər Birliyi bundan sonra da milli jurnalistikanın inkişafına, peşəkar media ənənələrinin qorunmasına və Həsən bəy Zərdabinin maarifçilik irsinin yaşadılmasına xidmət edən media nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirməyə davam edəcəyini bildirib.

 

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!