Azərbaycan Mərkəzi Bankı fişinq hallarına qaşı yeni sistem tətbiq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların fişinq hallarından qorunması üçün yeni sistemin tətbiqinə hazırlaşır.
Çağrı.az xəbər verir ki, bunu AMB-nin Baş direktoru Şahin Mahmudzadə bildirib.
"Kimsə zəng edib hansısa bankın müştərisi olan vətəndaşın adından yeni kredit götürmək istəsə, özünəqadağa sistemi işə düşəcək. Yəni, banka hər hansı məlumatlar təqdim edilsə belə, özünəqadağa varsa maliyyə fırıldaqçısı o qadağanı aradan qaldırmalı olacaq. Bunun üçün isə bir neçə saat lazım olacaq. Bu müddət isə vətəndaşa imkan verəcək ki, banka zəng edib kartını bloklasın və yaxud bildirsin ki, əməliyyat mənə aid deyil", - deyə o qeyd edib.
AMB rəsmisi əlavə edib ki, hazırda maliyyə fırıldaqçıları lazımi məlumatları öyrəndikdən dərhal sonra həmin vəsaiti çıxarıb-aparır: "Amma özünəqadağa olandan sonra vəsaiti dərhal, bir dəfəyə çıxarmaq mümkün olmayacaq. Yəni, vətəndaş özünə kredit götürməyə qadağa qoyubsa, ilk növbədə bu qadağa aradan qaldırılmalıdır. Yəni bir şəxs iki dəfə məlumatlarını verməlidir ki, onun vəsaitini çıxara bilsinlər. Bu da ən azı bir neçə saat çəkəcək. Odur ki, fişinq hallarının sayını azalacaq. Yenə də maarifləndirmə təbii ki ən sağlam yoldur, amma daha uzun müddət tələb edir. Amma bu tip alətlərlə də ən azından fırıldaqçılıq hallarının sayını aşağı salacağıq".





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: