Azərbaycan Pəncab əyaləti ilə bir sıra sahələrdə birgə fəaliyyətini gücləndirir
Azərbaycan Pakistanın Pəncab əyaləti ilə iqtisadiyyatın müxtəlif sahələrində birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.
Çağrı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, M. Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb.
Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığını məmnunluqla vurğulanıb: "Ölkələrimizin iqtisadi sahədə əməkdaşlıq potensialının tam reallaşdırılması, Pəncab əyaləti ilə investisiya, ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr apardıq", - deyə o bildirib.
Nazir preferensial ticarət sazişinin biznes əlaqələrinin gücləndirilməsində rolunu və işgüzar münasibətlərin fəal dəstəklənməsi qeyd edib.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?