Azərbaycan Qazaxıstandan "Premium" benzin almağa başlayıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 38,4 milyon ABŞ dolları dəyərində 44 min 509 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
Çağrı.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən bildirir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 44 % çoxdur.
Azərbaycan Belarusdan 9,92 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 dəfə artıb) 11 min 823 ton (+6 dəfə), Rusiyadan 9,91 milyon ABŞ dolları dəyərində (-49 %) 11 min 396 ton (-50 %), Birləşmiş Ərəb Əmirliklərindən 7,6 milyon ABŞ dolları dəyərində 9 min ton (1 il əvvəl tədarük olmayıb), Yunanıstandan 5,38 milyon ABŞ dolları dəyərində 6 min 33 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstandan 2,87 milyon ABŞ dolları dəyərində 3 min 290 ton benzin alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 3,86 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 5 min 517 ton (+8 dəfə) "Premium" markalı benzin ixrac edilib.
Azərbaycan Gürcüstana 2,69 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 3 min 773 ton (+6 dəfə) və Ermənistana 1,16 milyon ABŞ dolları dəyərində 1 min 743 ton benzin satıb.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər