Azərbaycan Venesuela ilə neft və qaz sektorunda əməkdaşlığı müzakirə edib
Azərbaycan və Venesuela arasında neft və qaz sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.
Çağrı.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla Venesuelanın karbohidrogenlər nazirinin müavini Sindi Rondon arasında keçirilən görüşdə aparılıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında enerji əlaqələrinin inkişafında beynəlxalq forumlar çərçivəsində baş tutan görüşlər və OPEC+ formatında əməkdaşlığın roluna toxunulub. Enerji tələbatının qarşıdakı onilliklərdə artması fonunda enerji istehsal edən ölkələr arasında əməkdaşlığın önəmi qeyd edilib.
Venesuelanın zəngin neft və qaz ehtiyatlarına malik olduğu, yeni yataqların işlənməsi, dənizdə layihələrin genişləndirilməsi və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Azərbaycanın karbohidrogen sahəsində təcrübəsi barədə məlumat verilib. İki ölkənin dövlət enerji şirkətləri arasında mümkün əməkdaşlıq, mütəxəssis hazırlığı, universitetlərarası mübadilə və insan resurslarının inkişafı kimi istiqamətlər də nəzərdən keçirilib.
Həmçinin, P. Şahbazov İranın neft nazirinin müavini, Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvəkkoli ilə də görüş baş tutub. Görüşdə Azərbaycan-İran enerji əməkdaşlığının neft-qaz, elektrik enerjisi istiqamətləri üzrə müzakirələr aparılıb. Birgə layihələrin icrası, həmçinin D-8 formatında enerji əlaqələrinin inkişafı məsələləri nəzərdən keçirilib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər