Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Çağrı.az-a verilən xəbərə görə, telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.
Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Oxşar
Vilayəti: “Hörmüz” boğazının açarı bizim əlimizdədir
Tramp “Hörmüz” boğazında dəniz blokadası tətbiq edəcək
Putin və Lukaşenko əməkdaşlıq məsələlərini müzakirə ediblər
İsrail ABŞ-İran danışıqları zamanı Livana hücum edib – İMQ
İran ABŞ ilə danışıqlardan sonra Pakistanla əlaqə saxlayacaq - İran XİN
Qubada torpaq sürüşməsi: rayonla kəndləri birləşdirən yol sıradan çıxdı - VİDEO
ABŞ və İran razılığa gələ bilmədi
52 mindən çox şagird buraxılış imtahanı verəcək