Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Podqoritsa şəhərində Azərbaycan və Monteneqro xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Çağrı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isə XİN-in dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, mövcud siyasi dialoqun gücləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F. Rzayev, həmçinin Monteneqronun digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də Monteneqro Universitetində dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?