Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümidlərini ifadə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Çağrı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Ceyhun Bayramov ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışlayaraq, bunun gərginliyin azaldılması, sabitliyin möhkəmləndirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından mühüm addım olduğunu vurğulayıb.
Dost və qardaş Pakistan tərəfinin atəşkəsin əldə olunması istiqamətində oynadığı mühüm rol xüsusilə təqdir olunub. Pakistana bölgədə sülh və sabitliyin təşviqi, tərəflər arasında dialoqun qurulması və etimadın möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə, habelə qarşıdan gələn İslamabad danışıqlarında uğurlar arzulanıb. İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid ifadə olunub.
Ceyhun Bayramov Pakistanın ardıcıl və prinsipial mövqeyini, habelə konstruktiv təşəbbüslərini yüksək qiymətləndirib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və Azərbaycan-Pakistan tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.





Oxşar
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Türkiyəli deputatlar Milli Məclisdə olublar
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik edib
Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib