Azərbaycanda "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar" təsdiqlənib
Prezident İlham Əliyev "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ı təsdiq edib.
Çağrı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Qaydalar "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" ölkə Prezidentinin 12 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı"na (bundan sonra – Dövlət Proqramı), habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq hazırlanmışdır və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Qaydalarla tənzimlənməyən məsələlər "Aviasiya haqqında" qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyanın 9 nömrəli Əlavəsi – "Rəsmiyyətin sadələşdirilməsi" sənədi ilə müəyyən edilmiş ICAO-nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: