Azərbaycanda ictimai nəqliyyatın istehsalı 5%-dən çox artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 20 ədəd ictimai sərnişin nəqliyyat vasitələri istehsal edilib.
Çağrı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,3 % çoxdur. Nəticədə bu ilin martın 1-nə 13 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk ayı ayında Azərbaycanda 70,8 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,7dəfə artıb.
Bundan başqa, yanvar-fevral aylarında Azərbaycanda 716 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 249 ədəd və ya 53,3 % çoxdur. Nəticədə bu ilin martın 1-nə 215 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat ayında Azərbaycanda 79 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk iki ayı ilə müqayisədə 1,3 % azdır. Bu ilin martın 1-nə 6ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin yanvar-fevral aylarında ölkədə134 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 11,2 dəfə çoxdur. Bu ilin martın 1-nə 19 ədəd hazır məhsul ehtiyatı yaranıb.





Oxşar
Əraqçi İranın döyüş meydanında ABŞ üzərində qələbəsini elan edib
Dodik: Avropalılar Aİ-ni hərbi birliyə çevirməyə çalışırlar
Rubio: Vaşinqton Moskva ilə konstruktiv münasibətlərə ümid edir
Misir ABŞ və İranı razılığa gəlməyə çağırıb
Tramp: İran mediasının dərc etdiyi saziş layihəsi yanlışdır
Lukaşenko: Ukraynadakı və İranla münaqişələr 2026-cı ildə başa çatacaq
Ərdoğan: Dünya İkinci Dünya Müharibəsindən bəri ən kritik hadisələri yaşayır
Starmer: İstefalara baxmayaraq, baş nazir vəzifəsində qalacağam