Telefon
WhatsApp
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
300 X 250 Reklam Alanı

Bu ilin yanvar-may aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 384 milyon 531 min ABŞ dolları təşkil edib.

Çağrı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 % azdır.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!