Telefon
WhatsApp
Azərbaycanın əsas neft alıcısı kimdir?
300 X 250 Reklam Alanı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 2 milyon 427 min 849,63 ton xam neft ixrac edib.

Çağrı.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 1 milyard 142 milyon 037,8 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 0,5 % çox, dəyəri isə 16,4 % azdır.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 67,43 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!