Bakı Metropolitenində sərnişin axını 4,9 % artıb
Bu ilin fevral ayında Bakı metropoliteni 17 milyon 642 min 798 sərnişinə xidmət göstərib.
Çağrı.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Sərnişin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 % artıb.
Ayın ən çox istifadə olunan stansiyası "Koroğlu" olub. Fevral ərzində bu stansiyadan 1 milyon 575 min 464 nəfər istifadə edib ki, bu da ümumi sərnişinlərin 8,9 %-ni təşkil edir.
Məlumata görə, NFC ilə ödənişlərdə artım davam edir. Ötən ay bu üsulla 6 milyon 117 min 003 ödəniş həyata keçirilib. Bu göstərici bütün ödənişli keçidlərin 30,02 %-nə bərabərdir. Yanvarla müqayisədə NFC-yə üstünlük verən sərnişinlərin sayı 980 min 812 nəfər artıb.
"Əlçatan metro" xidməti çərçivəsində fevral ayında 162 sifariş icra olunub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 13,5 % çoxdur.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: