Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır
Türk dünyasının mühəndislik, texnologiya və ticari əməkdaşlıq potensialını yeni və daha strateji bir mərhələyə daşımaq məqsədilə keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi, 5-8 may 2026-cı il tarixlərində paytaxt Bakıda, "JW Marriott Absheron" otelində işinə başlayır. 500-dən çox nüfuzlu sahibkarın iştirak edəcəyi bu mötəbər tədbir regionun ən güclü ticari diplomatiya platformalarından biri kimi qiymətləndirilir.
Çağrı.az xəbər verir ki, Haktan Mazmanoğlunun koordinasiyası ilə təşkil olunan zirvə, ənənəvi tədbirlərdən fərqli olaraq "Dövlət-Universitet-Sənaye Birliyi" modelini rəhbər tutur. Zirvə mühəndislik layihələrinin birbaşa ticari dəyərə çevrilməsini hədəfləyir. Tədbirə KOSGEB, Türkiyə Respublikası Ticarət Nazirliyi, TİKA, TÜİB, TÜRKSOY, ASELSAN, MÜSİAD Azərbaycan, UID Azərbaycan, TEİAŞ, ASFAT və AQSİA kimi strateji dövlət və özəl qurumlar dəstək verir. Nüfuzlu alimlərin innovativ baxışı və ASELSAN, AZERSUN kimi sənaye nəhənglərinin iştirakı bu əməkdaşlıq zəncirini tamamlayır.
Zirvənin mərkəzində peşəkar B2B (biznesdən-biznesə) görüşləri dayanır. İştirakçı şirkətlər satınalma müdirləri, layihə rəhbərləri və investorlarla birbaşa təmasda olmaq imkanı qazanacaqlar. 24 fevralda Bakıda keçirilən və 35 Türk şirkətinin 1000-dən çox peşəkarla görüşdüyü uğurlu təcrübənin davamı olaraq, bu zirvədə də konkret müqavilələrin imzalanması və yeni bazarlara çıxış imkanları müzakirə ediləcək.
Zirvənin koordinatoru Haktan Mazmanoğlu tədbirin əhəmiyyətini vurğulayaraq bildirib: "Biz sadəcə bir görüş təşkil etmirik; mühəndisliyin nəzəriyyəsini akademiya ilə, təcrübəsini sənaye ilə, yolunu isə dövlət dəstəyi ilə açırıq. Türk dünyasının mühəndislik birikimini ortaq bir ekosistemdə birləşdirərək 'Tək Millət, Ortaq Gələcək' vizyonunu real layihələrlə inşa edirik."
Zirvə çərçivəsində Türkiyə, Azərbaycan və Orta Asiya ölkələrindən yüksək səviyyəli dövlət rəsmi və biznes nümayəndələri bir araya gələcək. 40-dan çox media qurumunun işıqlandırması ilə reallaşacaq tədbirin 2 milyondan çox insana çatması hədəflənir.





Oxşar
ABŞ Tayvana 14 milyard dollarlıq silah transferini nəzərdən keçirir
Qazaxıstan Altın Ordanın birbaşa varisidir – Tokayev
Çin "Sibirin Gücü" layihəsi üzrə Rusiya ilə əməkdaşlığı genişləndirməyə hazırdır
Mirzoyan Şoyqu və Overçuka cavab verdi: "Ermənistan-Rusiya münasibətlərində gərginlik..."
WUF13-ün iştirakçısı olan türkiyəli sabiq nazirdən Zəngəzur açıqlaması, İrəvana mühüm ismarışlar
Dilin Hafızası ve Töremizin Mayası: Kavramlarla Yeniden Diriliş
Tramp Si Cinpinlə danışıqlarını "əla" adlandırıb
Türkün Ses Bayrağı ve Bir Medeniyet Müzesi Olarak Türkçe