Bakıda II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı öz işinə başlayıb
UNEC - Türk Dünyası İqtisad Fakültəsi tərəfindən təşkil olunan “Süni İntellekt və Rəqəmsal Transformasiya Kontekstində” II Beynəlxalq Türk Dünyası İqtisad Konfransının təntənəli açılış mərasimi keçirilib.
Çağrı.az xəbər verir ki, “Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” başlığı altında təşkil edilən tədbir Türk dünyasının iqtisadi və sosial gələcəyini formalaşdıracaq innovativ ideyaların müzakirə olunduğu mühüm platformaya çevrilib.
Konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan böyük maraq göstərilib. Təşkilat komitəsinə daxil olan 119 müraciətdən 90-ı elmi qiymətləndirmə prosesindən keçərək proqrama daxil edilib. Builki konfransda 4 panel, 2 üz-üzə sessiya və 14 onlayn sessiyanın keçirilməsi nəzərdə tutulub.
Tədbir şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan ilə Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılışda aşağıdakı rəsmi şəxslər çıxış edərək konqresin əhəmiyyətini vurğulayıblar:
* Dos. Dr. Gəray Musayev (UNEC-in prorektoru);
* Közhan Yazgan (Türk Dünyası Araştırmaları Vakfı sədri);
* Dr. Yusif Əliyev (UNEC Türk Dünyası İqtisad Fakültəsinin dekanı);
* Dos. Dr. Sabit Baymaqanbetov (Qazaxıstan Beynəlxalq Turizm və Otelçilik Universiteti).
* Dos. Dr. Davran Yoldaşov (Qırqızistan Respublikası)
Konqresin ilk günü dörd əsas panel üzrə davam edib:
1. Türk Dünyasında və İnkişaf Etməkdə Olan Regional İqtisadiyyatlarda Rəqəmsal Transformasiya: Dos. Dr. Elşən Bağırzadənin moderatorluğu ilə Türk dünyasının regional iqtisadiyyatında rəqəmsal keçid imkanları müzakirə edilib.
2. Birinci Türkoloji Qurultayın Dərsləri və Türkologiyanın Müasir Vəzifələri: Prof. Dr. Hayati Beşirlinin moderatorluğu ilə Birinci Türkoloji Qurultayının dərsləri və müasir vəzifələri diqqət mərkəzində olub.
3. İnformasiya İdarəetməsi və Süni İntellekt: Prof. Dr. Kutluk Kağan Sümerin moderatorluğunda süni intellektin iqtisadi və institusional inkişafa töhfələri təhlil edilib.
4. Gənclik və İnkişaf: Süni İntellekt İnnovasiyaları: Dos. Dr. Oqtay Quliyevin moderatorluğu ilə gənclərin rəqəmsal transformasiyada rolu və süni intellektin sahibkarlığa təsiri barədə fikir mübadiləsi aparılıb.
Konferansın ikinci günü 14 onlayn sessiyanın keçirilməsi nəzərdə tutulub.
Bizim əsas məqsədimiz Türk dünyasında innovasiya mədəniyyətini gücləndirmək, gənclərimizi bu sahəyə təşviq etmək və ortaq iqtisadi inkişaf strategiyalarını formalaşdırmaqdır. Bu baxımdan, bugünkü konferans müzakirə platforması olaraq əməkdaşlığımızın daha da gücləndirilməsi üçün mühüm bir fürsətdir.
Bu səbəbdən konfransın təşkilində göstərdikləri dəyərli dəstəyə görə konfransın fəxri rəhbərləri — UNEC-in rektoru, professor Ədalət Muradova və Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazqana təşəkkür edirəm.
Həmçinin konfransın təşkilində dəstəyi olan TİKA rəhbərliyinə Yunus Emre Enstitüsü rəhbərliyınə eləcə də tələbələrimizə, təşkilat komitəsinə və iştirakçı qurumlara minnətdarlığımı bildirirəm.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)








Oxşar
Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki görüşləri.
Türk Dünyasına Kalemiyle Can Verenlerin Canıyla Ödediği Bedel
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
Türk Dünyasında İmtahan Mərkəzləri Bir Araya Gəldi
Özbəkistanın gömrük xidmətində rəqəmsal transformasiyanın praktiki nəticələri
Türk kimliyinə qarşı "DNT hücumu"? – "Məsələ təkcə gen deyil..."