Telefon
WhatsApp
Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib
300 X 250 Reklam Alanı

“Seranit Azerbaijan” və “Sinerji Pro” şirkətlərinin təşkilatçılığıilə mayın 11-də Bakı Konqres Mərkəzində memarlıq, dizayn, şəhərsalma və texnologiya sahələrinin aparıcı nümayəndələrinibir araya gətirən “InVision Design Talks BAKU 2026” tədbirikeçirilib.

Çağrı.az xəbər verir ki, ötən ilin may ayında ilk dəfə təşkil olunan və bu il ikinci dəfəkeçirilən platforma memarlıq, interyer dizaynı, süni intellekt, şəhərsalma və innovativ texnologiyalar sahəsində regional vəbeynəlxalq fikir mübadiləsi üçün mühüm müzakirə platformasıkimi çıxış edib.

Tədbirin açılış mərasimində aparıcı Eldar Kərimov layihəninməqsəd və vizyonu haqqında iştirakçılara məlumat verib. Daha sonra moderator Osman Arayıcı səhnəyə dəvət olunub vətədbirdə iştirak edən spikerlərin təqdimatı keçirilib.

Tədbirin fəxri qonağı olan Türkiyənin Azərbaycandakı səfiriprofessor doktor Birol Akgün çıxışında Türkiyə ilə Azərbaycanarasında münasibətlərin tarixinin ən yüksək mərhələsiniyaşadığını bildirib. O vurğulayıb ki, iqtisadiyyat, siyasət, enerji, mədəniyyət və digər istiqamətlər üzrə iki ölkə arasındaəməkdaşlıq sürətlə inkişaf edir.

Səfir xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Qarabağınazad edilməsinin Türkiyə-Azərbaycan münasibətlərinə yeni strateji baxış qazandırdığını qeyd edib.

“Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib”, – deyə B.Akgün bildirib.

Diplomat çıxışında Türk dünyasının ortaq memarlıq vəşəhərsalma ənənələrinə də toxunub. O qeyd edib ki, Bakı, Səmərqənd, Buxara, Konya, Bursa, İstanbul və digər şəhərlərTürk sivilizasiyasının memarlıq və estetik baxımdan ən mühümnümunələri hesab olunur.

“Şəhərlər yalnız yollar və infrastrukturdan ibarət deyil. Oradahəmin sivilizasiyanın incə sənəti və estetikası yaşayır. Estetikasivilizasiyanın ən yüksək mərhələsidir”, – deyə səfir əlavə edib.

Birol Akgün Bakının tarixən memarlıq və estetika şəhəriolduğunu vurğulayaraq, paytaxtın bu gün də XXI əsrinmemarlıq baxışlarını cəsarətlə nümayiş etdirən önəmlimərkəzlərdən biri kimi inkişaf etdiyini bildirib.

Tədbirin birinci sessiyasında memarlıq və texnologiyanıngələcəyinə həsr olunan çıxışlar təqdim olunub. Yeşeren Ersan “Süni İntellekt ilə Dizayn və Tikintidə Yeni Paradigma: Məlumat Əsaslı Yaradıcılıq və Ağıllı İstehsal” mövzusundaçıxış edərək süni intellektin dizayn və istehsal proseslərinətəsirindən danışıb.

Ardınca Sinan Kafadar “Davamlı Estetika: Statik QuruluşlardanAdaptiv Gələcəyə” mövzusunda təqdimatla çıxış edib və müasirmemarlıqda adaptiv yanaşmaların əhəmiyyətini vurğulayıb.

İkinci sessiyada Sefer Çağlar “Məkan Üzərindən SosialQarşılıqlı Əlaqə və Təcrübə Dizaynı” mövzusunda çıxış edərəkictimai məkanların insan davranışına və sosial münasibətlərətəsirindən bəhs edib.

Tusi bəy isə “Rəqəmsal İntibah və Dizaynda Yeni ƏməkdaşlıqProtokolları” mövzusunda təqdimatla çıxış edərək rəqəmsaltransformasiya dövründə dizayn sahəsində yaranan yeni əməkdaşlıq modelləri barədə fikirlərini bölüşüb.

Tədbirin yekun hissəsində Özer Çiçək “Yüksək binalarda isitməsistemlərinin xarici fasadla qarşılıqlı əlaqəsi” mövzusundatəqdimat edib. O, müasir tikililərdə enerji səmərəliliyi və fasadhəllərinin mühəndislik sistemləri ilə inteqrasiyasınınəhəmiyyətindən danışıb.

“InVision Design Talks BAKU 2026” iştirakçılar tərəfindənböyük maraqla qarşılanıb və memarlıq, şəhərsalma, texnologiyavə dizayn sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platformakimi qiymətləndirilib.

Tədbirin sonunda təşkilatçılar iştirakçılara və qonaqlara təşəkküredərək, “InVision Design Talks” platformasının gələcək illərdədə beynəlxalq miqyasda inkişaf etdiriləcəyini bildiriblər.

 

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!