Bakıda SPECA Şəhərlər Forumu fəaliyyətə başlayıb
Bakıda SPECA Şəhərlər Forumu rəsmi olaraq fəaliyyətə başlayıb.
Çağrı.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Bakı tarix boyu Şərq və Qərbi birləşdirən mədəniyyətlərin, ideyaların və ticarət yollarının qovşağı olub: "Bu gün şəhərimizin mənzil və şəhər inkişafının gələcəyinə dair belə mühüm beynəlxalq dialoqa ev sahibliyi etməsi böyük əhəmiyyət daşıyır. Dünyaya mənzil təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusu altında keçirilən WUF13 çərçivəsində mənzilin yalnız bina və infrastruktur məsələsi olmadığı vurğulanır. Mənzil insan ləyaqəti, imkanlar, təhlükəsizlik və həyat keyfiyyəti ilə birbaşa bağlıdır".
Sədr qeyd edib ki, 2024-cü ildə COP29 çərçivəsində Bakıda yaradılmış SPECA Şəhərlər Forumu region üçün şəhərlərarası əməkdaşlığa həsr olunmuş ilk xüsusi platformadır: "Forum Daşkənd Bəyannaməsi (1998) və Bakı Bəyannaməsi (2023) əsasında formalaşdırılıb və regional əməkdaşlığın gücləndirilməsini, dayanıqlı şəhər inkişafının təşviqini hədəfləyir. Onu Almatı, Arkadaq, Bişkek, Düşənbə, Gəncə və Səmərqənd şəhərləri təsis edib".





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər