Bayram O gün bayram olur ki….
Çağrı.az saytı ilahiyyatçı alim Rüfət QarayevdənRamazan ayı ilə bağlı fikirlərini öyrənib.
Müqəddəs Ramazan ayı artıq sonlanır. Bir ay boyunca davam edən oruc, ibadət və mənəvi saflaşma dövrü Ramazan Bayramı ilə tamamlanır. Bu ay insanın nəfsini tərbiyə etdiyi, səbir və mərhəmət hisslərini gücləndirdiyi bir məktəb kimi qəbul olunur. Ramazanın bizə qazandırdıqları və Bayram günlərinin mənəvi mahiyyəti barədə Heydər Məscidinin axundu Rüfət Qarayev ilə söhbətləşdik. Bildiyiniz kimi, müqəddəs Ramazan ayının sonuna yaxınlaşırıq.Bu sonluq eyni zamanda Bayramla taclanan bir başlanğıcdır.
1.Ramazan ayı bizə nə verdi, bizdən nə aldı? Bu ay insanın həyatında və mənəvi dünyasında hansı dəyişiklikləri yaratdı?
Əvvala mübarək Ramazan bayramının gəlişi münasibətiylə bütün müsəlmanları təbrik edirəm.Ramazan ayının bizə nə verib almasına gəldikdə isə hədisdə də buyrulduğu kimi, "Əvvəli rəhmət, ortası məğfirət və sonu isə Cəhənnəm atəşindən xilas olmaq" olan mübarək Ramazan ayı bizi ən böyük lütf olan bağışlanmaqla müjdələyir.Əgər bu ayı doğru və düzgün yaşadıqsa ümidvarıq ki, həm Rəbbimizin razılığını qazandıq və həm də bağışladığı bəndələrdən olduq. Digər sualınıza gəldikdə isə səmimi etiraf etməliyik ki, hər kəs öz mənəvi dünyasına baxaraq nələr əldə etdiyinin fərqində ola bilər. Allah Öz geniş xəzinəsindən hərəyə birşeylər lütf etdi. Biz isə nə götürdük və ya nə qazandıq, bunu dərindən düşünməyəehtiyac vardır.
2.Ramazan Bayramı günlərində insanlar nə etməlidir? Bayram yalnız sevinc və görüş günü kimi deyil, həm də mənəvi baxımdan insanın təfəkkürünə hansı dəyərləri qatmalıdır?
Adətən bayram günlərində çalışmalıyıq ki, sevincli və şövqlü olaq. Əgər insan bu günlərdə şövqlənir və Allah üçün sevinirsə bu hal onun mənəvi dünyasında böyük izlər buraxır, sonrakı günlərinə və aylarına da təsir edə bilir. Həzrət Əli (ə) buyurur ki; "Bayram o gün bayram olur ki, insan Allah tərəfindən bağışlandığını hiss edə bilsin" Bu da onu göstərir ki, yəni biz bağışlandığımızı hiss etdiyimiz zaman həqiqi bayramı yaşamış oluruq. Bayramda insanların bayram namazına getməsi, sanki məhşəri xatırladır. Gördükələrimiz və görə bilmədiklərimiz bizi dünyadan alıb daha uzaqlara aparır.Verdiyimiz sədəqələr, ziyarət etdiyimiz insanlar, hədiyyə aldığımız uşaqlar, həmsöhbət olduğumuz insanlar bayramın ayrılmaz parçası sayılır. Gün boyu dərindən təfəkkür etməyimiz isə bayramın havasına fərqli rəng qatır.
Hacıyeva İlahə





Oxşar
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirlər görüləcək
Qolqonda sultanlıiğı və Qütbşah dövləti
Səfəvi imperiyasının xarici siyasəti
Humanizmə ümumi baxış
Kəşmir Qızılbaşları
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş - II YAZI
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş
“Nargin” filminin nümayişi keçiriləcək