Bayramov İordaniyanın Baş nazirinin müavini ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini və Xarici İşlər və Qürbətçilər naziri Ayman Al-Safadi ilə görüşüb.
Çağrı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.
Tərəflər Azərbaycan-İordaniya münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələr ticarət, investisiya, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də çoxtərəfli platformalar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələlərinə yönəlib.
Onlar həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar və qlobal problemlərin həllində dialoqun, əməkdaşlığın və beynəlxalq hüquqa hörmətin vacibliyini vurğulayıblar.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?