Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.
Çağrı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Polşa münasibətlərində müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı dövrdə regionda baş verən proseslər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf işləri barədə məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.





Oxşar
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib
Azərbaycan XİN Venesuelaya başsağlığı verib
Savanna beyni, Alqoritm dünyası: peşəkar pislər, həvəskar yaxşılar, ruhdan düşmüş səyahətçilər..