Bloomberg: Aİ Kiyevə şərtlərini sərtləşdirə bilər
Avropa İttifaqı(Aİ) hakimiyyəti Ukraynadan vergi dəyişiklikləri etməsini tələb edir, əks halda icma Kiyevə 90 milyard avro maliyyələşdirmə təmin etmək üçün daha sərt şərtlər tətbiq edəcək.
Çağrı.az xəbər verir ki, bu barədə “Bloomberg”mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna güzəştli sistemdə fəaliyyət göstərən və illik gəliri 77.400 avrodan çox olan şirkətlər üçün ƏDV-ni 20%-ə qədər artırmalıdır.
Agentlik qeyd edib ki, bu islahat Ukrayna cəmiyyətində gərginliyə səbəb olacaq.
Adı çəkilməyən bir məmurun sözlərinə görə, Ukrayna ayrıca kredit proqramı çərçivəsində Kiyevə 8 milyard dollardan çox vəsait ayırmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) oxşar təzyiqlə üzləşir. Ukraynanın əsas donorlarının maliyyə nazirlikləri hesab edirlər ki, müharibə dövründə biznes üçün vergi güzəştləri büdcəni tükəndirir, rəqabəti təhrif edir və genişmiqyaslı kölgə iqtisadiyyatının davam etməsinə kömək edir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər