Bloomberg: Ərəb ölkələrinin Yaxın Şərq münaqişəsindən itkiləri 200 milyard dollara çata bilər
Ərəb ölkələri Yaxın Şərq münaqişəsi səbəbindən təxminən 200 milyard dollar itirə bilər ki, bu da regionda iqtisadi artıma ciddi zərbə vura bilər.
Çağrı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) hesabatına istinadən məlumat yayıb.
Ekspertlər qeyd ediblər ki, Yaxın Şərqdə qısamüddətli hərbi eskalasiya Ərəb Dövlətləri regionunda dərin və geniş yayılmış sosial-iqtisadi təsirlərə səbəb ola bilər.
Hesaplamalara görə, ümumi itkilər regional işsizlik səviyyəsini dörd faiz bəndinə qədər artıra bilər, təxminən 3,6 milyon iş yerinin itirilməsinə və dörd milyona qədər insanın yoxsulluğa düşməsinə səbəb ola bilər.
Hesabatda əlavə olunur ki, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri — Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı — ÜDM-lərinin 5,2%-dən çoxunu itirə bilərlər.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər