BMT Bakını təhlükəsiz və inklüziv şəhər inkişafının nümunəsi adlandırıb - EKSKLÜZİV
Bakı təhlükəsiz və inklüziv şəhər inkişafının uğurlu nümunəsini nümayiş etdirir, buna görə də WUF13 çərçivəsində Qadın Assambleyasının məhz Azərbaycanın paytaxtında keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Çağrı.az xəbər verir ki, bu barədə "Report"a "BMT-Qadınlar" təşkilatının Gürcüstandakı nümayəndəsi və Cənubi Qafqaz üzrə koordinatoru Kaori İşikava WUF13-ün kənarında bəyan edib.
Onun sözlərinə görə, Qadın Assambleyasının təşkilatçıları şəhər inkişafının inklüziv və davamlı olmalı olduğunu vurğulamağa çalışırlar.
"Və biz həqiqətən qadınların bu prosesin bir hissəsi olduğuna əmin olmaq istəyirik", - təşkilatın nümayəndəsi qeyd edib.
İşikava vurğulayıb ki, təhlükəsiz şəhər təşəbbüsü şəhər planlaması kontekstində qadınların, kişilərin, uşaqların, əlilliyi olan insanların və yaşlı insanların şəhərlərdə təhlükəsiz yaşaya bilməsi üçün irəli sürülür.
O, həmçinin bildirdi ki, təşəbbüs çərçivəsində qadınlara qarşı zorakılıqla mübarizə üzrə məkanların, eləcə də uşaqlara, yaşlı insanlara və əlilliyi olan insanlara ödənişsiz qulluq əməyi ilə məşğul olan qadınlar üçün dəstək mərkəzlərinin yaradılması təşviq edilir.
"Biz hökumətin, bələdiyyələrin, şəhərlərin, BMT agentliklərinin, vətəndaş cəmiyyətinin və özəl sektorun necə birlikdə işləyə biləcəyinin müxtəlif nümunələrini nümayiş etdiririk", - İşikava əlavə edib.
Onun sözlərinə görə, Qadın Assambleyası qadınların şəhər planlaması proseslərinə cəlb edilməsinə, eləcə də qadınlar və qızlar üçün təhlükəsiz yaşayış şəraitinin yaradılmasına yönəlib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər